Geri qayıt Çap et

Azərbaycanda hava dəyişir: Güclü yağış, şimşək və dolu gözlənilir

Avqustun 20-si gündüzdən şimal və qərb rayonlarından başlayaraq 21-i gündüzədək fasilələrlə yağış yağacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.

DenMedia.az