Geri qayıt Çap et

Bu kənddə qaz kəsiləcək

Qazax rayonunun Xanlıqlar kəndində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Şəmkir Regional Qaz İstismarı İdarəsinin məlumatına görə, fasilə aşkar edilmiş qaz sızmalarının aradan qaldırılması və təmir-quraşdırma işləri ilə əlaqədardır.

Qazın verilişi 18 avqust saat 10:00-dan etibarən dayandırılacaq və işlər başa çatdıqdan sonra bərpa olunacaq.

DenMedia.az