Geri qayıt Çap et

Sabah Bakıda hava dəyişir

Avqustun 16-da Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Bəzi vaxtlarda şimal-qərb küləyi güclənəcək.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 22–25°C, gündüz isə 29–32°C olacaq.

Atmosfer təzyiqi normaya yaxın, 760 mm civarında olacaq. Nisbi rütubət gecə 70–75 faiz, gündüz isə 55–60 faiz təşkil edəcək.

Azərbaycanın bəzi rayonlarında yağış yağacağı, ayrı-ayrı yerlərdə isə qısamüddətli leysan və şimşək çaxacağı gözlənilir.

Gecə və səhər bəzi dağlıq rayonlarda duman müşahidə oluna bilər. Şərq küləyi mülayim olacaq və zaman-zaman güclənəcək.

Rayonlarda havanın temperaturu gecə 21–25°C, gündüz 30–35°C, dağlıq ərazilərdə isə gecə 12–17°C, gündüz 20–25°C təşkil edəcək.

DenMedia.az