Geri qayıt Çap et

Bakının bəzi küçə və qəsəbələrində elektrik kəsiləcək

Avqustun 5-də Bakıda elektrik enerjisinin keyfiyyətinin artırılması və artan tələbatın qarşılanması məqsədilə transformator məntəqəsində təmir işləri aparılacaq.

“Azərişıq” ASC-nin məlumatına görə, Cəfər Cabbarlı, Zivər bəy Əhmədbəyov və Məhəmməd Naxçıvani küçələrinin bəzi hissələrində elektrik enerjisinin verilişində məhdudiyyətlər tətbiq olunacaq.

Bundan əlavə, saat 09:00-dan 13:00-dək Böyükşor qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişi dayandırılacaq.

Bildirilib ki, işlər başa çatdıqdan sonra abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Denmedia.az