Geri qayıt Çap et

Əxlaq normalarına zidd yayımlar edən “TikTok”çu 8 sutka həbs olundu

Sosial şəbəkələrdə cəmiyyətə hörmətsizlik nümayiş etdirən, qeyri-etik davranışlar sərgiləyən və əxlaq normalarına zidd canlı yayımlar aparan şəxs həbs edilib.

Denmedia.az “Unikal”-a istinadən xəbər verir ki, 1987-ci il təvəllüdlü Sanur Əzizov Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi — xırda xuliqanlıq üzrə protokol tərtib olunub və iş Səbail Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə Sanur Əzizov 8 sutka müddətinə inzibati qaydada həbs edilib.