Salyan rayonunda atasına məxsus 85 qoyunu aparmaqda şübhəli bilinən fermer oğlundan hələ də heç bir xəbər yoxdur.
Denmedia.az xəzər.tv-yə istinadən xəbər verir ki, təsərrüfatda işləyən Ramiz Rüstəmov qoyunları otlağa apardıqdan sonra günorta saatlarında ailəsi ilə videobağlantı vasitəsilə əlaqə saxlayıb.
Oğlundan şübhələnən ata yaxın qohumu ilə birlikdə heyvanları axtarmağa başlayıb. Nəticədə 71 qoyun Xırdalanda tapılaraq yenidən fermaya qaytarılıb.
Lakin Ramiz Rüstəmovun və qalan qoyunların harada olduğu hələ də məlum deyil.
Yaxınlarının sözlərinə görə, Ramiz Rüstəmov əvvəllər də bir-iki qoyun sataraq evdən gedib, lakin həmişə anasına və yaxınlarına harada olduğunu bildirib. Bu dəfə isə onunla əlaqə tamamilə kəsilib.
Ailə hazırda gəncdən hər hansı xəbər gözləyir.