Bakının bəzi rayonlarında elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.
Bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, məhdudiyyətlər paytaxtın Yasamal və Nizami rayonlarının bir hissəsini əhatə edəcək. Buna səbəb transformator məntəqələrində aparılacaq təmir və yoxlama işləridir.
Yasamal rayonunda təmir işləri saat 10:00-dan 13:00-dək davam edəcək. Bu müddətdə Zərgərpalan, Lev Tolstoy, Süleyman Tağızadə, Həzi Aslanov, Əlövsət Quliyev küçələrində, eləcə də Azərbaycan prospektinin bir hissəsində elektrik enerjisinin verilişi dayandırılacaq.
Nizami rayonunda isə eyni saatlarda Elşən Süleymanov və Rüstəm Rüstəmov küçələrinin bəzi hissələrində elektrik təchizatında fasilə yaranacaq.
“Azərişıq” ASC-dən bildirilib ki, texniki işlər başa çatdıqdan dərhal sonra həmin ərazilərdə elektrik enerjisinin verilişi tam bərpa olunacaq.