Geri qayıt Çap et

Bakıda 30 dərəcəyədək isti olacaq

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, iyunun 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin 16-dan 17-nə keçən gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 19-21 dərəcə, gündüz 25-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə hava şəraitinin bəzi yerlərdə arabir yağışlı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə sulu qara keçəcəyi ehtimalı var.

Gecə və səhər bəzi dağlıq ərazilərdə duman müşahidə olunacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Rayonlarda havanın temperaturu gecə 16-20 dərəcə, gündüz 25-30 dərəcə isti, dağlıq ərazilərdə gecə 5-9 dərəcə, gündüz 11-16 dərəcə isti olacaq.

DenMedia.az