Geri qayıt Çap et

Bakıda sabah temperatur 29 dərəcəyədək yüksələcək

İyunun 13-də Azərbaycanda hava əsasən günəşli və isti olacaq.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda gün ərzində əsasən günəşli hava gözlənilir. Paytaxtda temperaturun gündüz saatlarında 28-29 dərəcəyədək yüksələcəyi, axşam saatlarında isə 23-25 dərəcə olacağı proqnozlaşdırılır.

Gəncədə hava əsasən günəşli keçəcək. Gün ərzində temperaturun 31-32 dərəcəyədək yüksələcəyi gözlənilir.

Qubada günün birinci yarısında hava əsasən günəşli və dəyişkən buludlu olacaq. Günortadan sonra bəzi saatlarda şimşəkli yağış ehtimalı var. Temperaturun gündüz 26-27 dərəcə olacağı bildirilir.

Lənkəranda hava əsasən günəşli və qismən buludlu keçəcək. Gündüz temperaturun 29-30 dərəcəyədək yüksələcəyi gözlənilir.

Naxçıvanda isə günəşli hava şəraiti üstünlük təşkil edəcək. Gündüz temperaturun 31-32 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır.

DenMedia.az