Geri qayıt Çap et

Bu gün hansı ərazilərdə elektrik enerjisi olmayacaq?

Bu gün Bakı və Lənkəranın bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət olacaq.

“Azərişıq” ASC-dən verilən məlumata görə, iyunun 5-də Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin ərazisində yerləşən transformator məntəqəsində təmir-təftiş işləri aparılacaq.

Bununla əlaqədar saat 10:00-dan 13:00-dək 8-ci km Ticarət Mərkəzi, onun ətraf əraziləri və Cəmşid Naxçıvanski küçəsinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Məlumata əsasən, Lənkəran Elektrik Şəbəkəsinin ərazisində də bəzi 10 kV-luq hava xətlərində təmir işləri həyata keçiriləcək. Bu səbəbdən saat 10:00-dan 13:00-dək Şürük, Türkəkəran, Şıxakəran və Xolmili kəndlərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.

Saat 14:00-dan 16:00-dək isə məhdudiyyət Gərmətük, Aşağı Nüvədi qəsəbələrini, həmçinin Viyən və Şilim kəndlərini əhatə edəcək.

Qurumdan bildirilib ki, təmir-təftiş işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaq.

DenMedia.az