Geri qayıt Çap et

Bakının bu ərazilərində qaz kəsiləcək

Bakının bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, 3 iyun saat 10:00-dan təmir işləri başa çatanadək payız-qış mövsümünə hazırlıq məqsədilə bəzi ünvanlarda qazın verilişi dayandırılacaq.

Qaz təchizatı Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən Dənizkənarı və O. Şabanov küçələrində, eləcə də qəsəbənin bağ massivində müvəqqəti olaraq dayandırılacaq.

DenMedia.az