Geri qayıt Çap et

Bayram tətili başladı: 5 gün iş olmayacaq

Azərbaycanda bayram tətili başlayıb.

Nazirlər Kabinetinin qərarına əsasən, bu il mayın 27-si və 28-i Qurban bayramı günləri kimi müəyyən edilib.

Mayın 28-i həm də Müstəqillik Günüdür və qeyri-iş günü hesab olunur. Əmək Məcəlləsinə görə, Qurban bayramı iş günü hesab edilməyən başqa bir bayramla üst-üstə düşdükdə növbəti iş günü də istirahət günü sayılır.

Bu səbəbdən bu il Qurban bayramı Müstəqillik Günü ilə üst-üstə düşdüyü üçün mayın 29-u da qeyri-iş günü olacaq.

Bundan əlavə, mayın 30-u şənbə, mayın 31-i isə bazar gününə təsadüf edir.

Beləliklə, ölkədə mayın 27-dən 31-dək ardıcıl 5 gün iş olmayacaq.

DenMedia.az