Geri qayıt Çap et

Bakı–Ağdam–Bakı qatarları müvəqqəti işləməyəcək

Bakı–Ağdam–Bakı marşrutu üzrə qatarların hərəkətinə müvəqqəti fasilə veriləcək.

“Denmedia.az” xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

Bildirilib ki, buna səbəb Yevlax–Bərdə dəmir yolu xəttində həyata keçiriləcək yenidənqurma işləridir.

“Bu marşrut üzrə sonuncu reyslər 9 və 10 may tarixlərində həyata keçiriləcək. Yevlax–Bərdə dəmir yolu xəttinin yenidən qurulması nəticəsində Yevlaxdan Xankəndiyə qədər uzanan müasir dəmir yolu infrastrukturu formalaşacaq”, - məlumatda qeyd edilib.