Geri qayıt Çap et

Bakı metrosu bayram günlərində fərqli rejimə keçir

Bayram günlərində Bakı Metropoliteni iş rejimini dəyişəcək.

QSC-dən bildirilib ki, mayın 9-da — Faşizm üzərində Qələbə Günü, eləcə də mayın 11-də “28 May – Əhmədli” sahəsində və əks istiqamətdə qatarların hərəkət intervalı 2 dəqiqə 30 saniyə təşkil edəcək. Mayın 10-da isə interval 3 dəqiqəyədək artırılacaq.

Bənövşəyi xətdə, həmçinin “Cəfər Cabbarlı – Xətai” və “Gənclik – Əhmədli” sahələrində hərəkət mövcud qrafik üzrə davam edəcək.

“Bakmil” istiqamətində və əks istiqamətdə qatarlar həftəsonu cədvəlinə uyğun hərəkət edəcək: mayın 9-u və 11-də şənbə, mayın 10-da isə bazar günü qrafiki tətbiq olunacaq.

Bundan əlavə, bayram günlərində stansiyalarda nəzarət gücləndiriləcək, növbətçi heyətin sayı artırılacaq, zərurət yaranarsa xəttə ehtiyat qatarlar buraxılacaq.

Denmedia.az