Geri qayıt Çap et

Onkoloji Mərkəzdə partlayışdan zərər görən həkim həyatını itirdi

"Aprelin 30-da saat 14 radələrində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Milli Onkologiya Mərkəzi"ndə baş vermiş partlayış nəticəsində ağır yaralanmış həkim-radioloq Asif Nəsirli ölüb.

Bu barədə TƏBİB-in "Facebook" hesabında məlumat verilib.

Qeyd edək ki, həkim-radioloq A. Nəsirli 2008-ci ildən Milli Onkologiya Mərkəzinin Şüa terapiyası şöbəsində və Uşaq klinikasında radiasiya onkoloqu vəzifəsində çalışıb. 

Denmedia.az