Geri qayıt Çap et

Paytaxda bu yollar 3 gün bağlı olacaq

Vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması çərçivəsində Bakı şəhərinin bəzi yollarında təmir işləri keçiriləcək.

AAYDA-dan verilən məlumatda bildirilib ki, bu istiqamətdə yol örtüyünün istismar vəziyyəti nəzərə alınaraq aşağıdakı ərazilərdə təmir işlərinin aparılması planlaşdırılır:

Rəşid Behbudov küçəsi (Şəmsi Bədəlbəyli küçəsindən Abbasqulu ağa Bakıxanov küçəsinə qədər olan hissə);

Ziya Bünyadov prospekti (Müzəffər Nərimanov küçəsindən Xəlil Rza Ulutürk küçəsinə qədər, “Koroğlu” metro stansiyası istiqamətində, hissə-hissə);

Abbas Mirzə Şərifzadə küçəsi (Əsəd Əhmədov küçəsindən Akim Abbasov küçəsinə qədər olan hissə);

Səməd Vurğun küçəsi (Abbasqulu ağa Bakıxanov küçəsindən Füzuli küçəsinə qədər olan hissə);

Bakı Dairəvi yoldan “Meyvəli Ticarət Mərkəzi”nə gedən yol.

İşlərin icra tarixi və müddəti:

Aprelin 17-si saat 23:00-dan aprelin 20-si saat 06:00-dək.

Göstərilən tarixlərdə nəqliyyat vasitələrinin hərəkəti qeyd olunan ərazilərdə qismən məhdudlaşdırılacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etmələri xahiş olunur.

DenMedia.az