Geri qayıt Çap et

Azərbaycanı yağış, qar və duman bürüdü

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, martın 27-si saat 09:00-a olan vəziyyətə əsasən ölkə ərazisinin böyük hissəsində yağıntı müşahidə olunur, Şahdağda isə qar yağıb. Qar örtüyünün hündürlüyü 1 sm təşkil edir.

Yağıntının miqdarı:

  • Astara – 13 mm
  • Lerik – 9 mm
  • Cəbrayıl, Şahbuz – 7 mm
  • Yardımlı, Lənkəran, Beyləqan – 6 mm
  • Daşkəsən, Ağdam, Biləsuvar, Ordubad – 4 mm
  • Tərtər – 3 mm
  • Goranboy, İmişli, Göygöl, Bərdə, Gədəbəy, Naftalan, Culfa, Naxçıvan, Şərur – 2 mm
  • Şəmkir, Tovuz, Balakən, Qax, Zaqatala, Şəki, Oğuz, Şamaxı, Xızı, Quba, Qusar, Zərdab, Neftçala, Şabran, Mingəçevir, Yevlax, Kürdəmir, Sabirabad, Salyan, Sədərək, Gəncə, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Hacıqabul, Bakı və Abşeron yarımadası – 1 mm

Bildirilib ki, Bakı və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti 21 m/s-ə çatır.

Eyni zamanda, Bakı, Abşeron yarımadası, Daşkəsən, Göygöl, Quba, Qusar, Göyçay və Lerikdə duman müşahidə olunur, görmə məsafəsi 500 metrədək məhdudlaşıb.

DenMedia.az