Geri qayıt Çap et

Vətən müharibəsi veteranı - jurnalist Rəşad Baxşəliyev dünyasını dəyişdi

Vətən müharibəsi veteranı və jurnalist Rəşad Baxşəliyev vəfat edib

Məlumata görə, Rəşad Baxşəliyev bu gün səhər saatlarında ürək çatışmazlığı nəticəsində dünyasını dəyişib.

Bildirilib ki, jurnalistin dəfn mərasimi bu gün keçiriləcək.

Qeyd edək ki, Rəşad Baxşəliyev uzun illər “Şərq” qəzetində çalışıb, daha sonra isə “Azərbaycan” qəzetində şöbə müdiri vəzifəsini icra edib.

O, fəaliyyətinə görə “Qubadlının azad olunmasına görə” və “Tərəqqi” medalları ilə təltif olunub.

DenMedia.az