Geri qayıt Çap et

Azərbaycanda genişmiqyaslı əməliyyat – onlarla kilo narkotik aşkarlandı

Son 24 saat ərzində Azərbaycanda polis əməkdaşları dövriyyədən 51,2 kiloqramdan çox narkotik vasitə çıxarıb.

DenMedia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat verib.

“Martın 19-da polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi təxminən 51,2 kiloqram olan narkotik vasitələr aşkar edilərək götürülüb”, – deyə qurumdan bildirilib.