Geri qayıt Çap et

Dövlət sirrini yayan şəxsə 3 il həbs verildi

Nizami Rayon Məhkəməsi xarici vətəndaş Asker Cəfərzadə barəsində hökm çıxarıb.

Məhkəmənin qərarına əsasən, o, dövlət sirrini yaymaqda təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib.

Bundan əlavə, Cəfərzadəyə 2 il müddətində müəyyən vəzifələr tutmaq və fəaliyyətlə məşğul olmaq qadağan edilib.

Məlumata görə, Asker Cəfərzadə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.

O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 284.1-ci maddəsi — dövlət sirrinin yayılması ilə ittiham olunub.

DenMedia.az