Maştağa Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ) daxil olan bəzi ərazilərdə elektrik enerjisi olmayacaq.
DenMedia.az xəbər verir ki, bu barədə “Azərişıq”dan məlumat verilib
Martın 13-də Maştağa Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 35/6 kV-luq 492 saylı yarımstansiyada təmir və yenidənqurma işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 13:00-dan 15:00-dək Ramana qəsəbəsinin bir hissəsi, eləcə də Savalan karyer adlanan ərazidə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Məlumata görə, təmir və yenidənqurma işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.