Geri qayıt Çap et

TikTok-da qalmaqallı yayım edən şəxs saxlanıldı

Polis sosial şəbəkələrin Azərbaycan seqmentində əxlaq və mənəviyyat normalarına zidd məlumatların yayılmasına qarşı genişmiqyaslı profilaktik tədbirləri davam etdirir.

DenMedia.az qafqazinfo-ya istinadən xəbər verir ki,  növbəti əməliyyat zamanı TikTok sosial şəbəkəsində canlı yayım zamanı təhqiredici və qeyri-etik ifadələr  Əliqismət Nəzərov saxlanılıb.

Onun barəsində internet resurslarında və informasiya-telekommunikasiya şəbəkələrində yayılması qadağan olunan məlumatların paylaşılması ilə bağlı protokol tərtib edilib.

Müvafiq qərara əsasən Ə.Nəzərov inzibati qaydada həbs edilib.