Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılacaq.
Bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, 12 mart tarixində Maştağa qəsəbəsində yerləşən Elektrik Enerjisinin Təchizatı və Satışı İdarəsinin ərazisində “Pirşağı” (35/10/6 kV) yarımstansiyasından qidalanan 10 kV-luq №580.1 və №580.2 hava elektrik xətlərində təmir işləri aparılacaq.
Bununla əlaqədar saat 10:00-dan 15:00-dək Pirşağı bağ massivi və “Lağıc bağları” kimi tanınan ərazidə elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.
Qeyd olunub ki, təmir işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin ediləcək.