Martın 10-dan 13-dək Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda və Ağdərə rayonunun ərazisində yerləşən təlim mərkəzində istifadəyə yararsız və istismar müddəti bitmiş sursatların utilizasiyası aparılacaq.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin KİV və ictimaiyyətlə əlaqələr idarəsi məlumat yayıb.
Bildirilib ki, utilizasiya prosesi təhlükəsizlik qaydalarına tam riayət olunmaqla həyata keçiriləcək.
Nazirlik əhalini partlayış səsləri ilə bağlı narahat olmamağa çağırıb.
“Narahatlıq üçün heç bir əsas yoxdur”, — deyə Müdafiə Nazirliyindən bildirilib.