Geri qayıt Çap et

Novruza sayılı günlər qaldı: "Yel çərşənbəsi" gəldi

Novruz bayramı ərəfəsində qeyd olunan çərşənbələrdən üçüncüsü "Yel çərşənbəsi" adlanır. Bu gün baharın yaxınlaşmasını və təbiətin oyanmasını simvolizə edir.

Qədim inanclara görə, "Yel çərşənbəsi" bahar küləklərinin torpağı oyatdığı, təbiətə həyat gətirdiyi gün hesab olunur. Bu dövr həm də yaz-tarla işlərinin başlanğıcı ilə əlaqələndirilir.

Bu günün əsas rəmzlərindən biri tonqalların yandırılmasıdır. İnanca görə, həyətlərdə yandırılan tonqal köhnə ilin bütün çətinliklərini və uğursuzluqlarını özü ilə aparır.

İnsanlar tonqalın üzərindən tullanaraq dərd və sıxıntılarını oda təhvil verdiklərinə, beləliklə yeni ilə təmiz niyyətlə girdiklərinə inanırlar.

Qeyd edək ki, 17 martda Azərbaycanda sonuncu çərşənbə – "İlaxır çərşənbə", yəni "Torpaq çərşənbəsi" qeyd olunacaq.

Denmedia.az