Geri qayıt Çap et

Ramazanın 20-ci gününün duası - İmsak və İftar vaxtı

Sabah Ramazan ayının iyirminci günüdür. Ramazan təqviminə əsasən imsak vaxtı saat 05:35-də, iftar vaxtı saat 18:56-dır.

Denmedia.az Qafqaz Müsəlmanları İdarəsinə istinadən Ramazan ayının iyirminci gününün iftar duasını təqdim edir:

İftar duası:

"Allahumməftəh li fihi əbvabəl-cinan. Və əğliq ənni fihi əbvabən-niyran. Və vəffiqni fihi litilavətil-Qur-an. Ya munziləs-səkinəti fi qulubil-mu-minin".

Tərcüməsi:

"İlahi, bu gün mənim üzümə cənnət qapılarını açıb, cəhənnəm qapılarını bağla! Bu gün məni Qur-an oxumaqda müvəffəq et! Ey möminlərin qəlbinə aramlıq bəxş edən Allah".

Allah orucunuzu qəbul etsin!