Geri qayıt Çap et

Gəncədə qadın ölü uşaq dünyaya gətirdi

Gəncədə qadın ölü uşaq dünyaya gətirib. 

Denmedia.az apa-ya istinadən xəbər verir ki, hadisə martın 4-nə keçən gecə baş verib.

Məlumata görə, şəhər sakini A.Qasımova (1979-cu il təvəllüdlü) öz evində ölü uşaq dünyaya gətirib.

Faktla bağlı araşdırma aparılır.