Geri qayıt Çap et

Ramazanın beşinci günün duası - İmsak və iftar vaxtı

Ramazan ayının beşinci günündə - 23 fevral 2026-cı ildə Azərbaycanda oruc tutanları gözləyən imsak və iftar saatları məlum olub.

Sabah Ramazan ayının beşinci günüdür.

DenMedia.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, fevralın 23-də Bakıda imsak saat 05:59-da, iftar isə saat 18:39-dədir.

5-ci günün duası:

"Allahumməc-əlni fihi minəl-müstəğfirin. Vəc-əlni fihi min ibadikəs-salihinəl-qanitin. Vəc-əlni fihi min övliyaikəl-müqərrəbin. Birə-fətikə ya ərhəmər-rahimin".

Tərcüməsi:

"İlahi, bu gün məni bağışlanmışlardan, sənin fərmanına baş əyən saleh bəndələrindən və yaxın dostlarından qərar ver. Mərhəmətinə and verirəm, ey rəhmlilərin ən rəhmlisi!"

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.

Tərcüməsi:

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”