Geri qayıt Çap et

Sabah hava dəyişəcək duman və külək gözlənilir

Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, bəzi vaxtlar tutqun keçəcək, əsasən yağmursuz gözlənilir. Gecə və səhər saatlarında bəzi ərazilərdə duman müşahidə oluna bilər. Gün ərzində cənub-qərb küləyi əsəcək, daha sonra isə arabir güclənən şimal-qərb küləyi ilə əvəzlənəcək.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, havanın temperaturu gecə 4–7°, gündüz isə 18–23° isti olacaq.

Atmosfer təzyiqi 753 mm-dən 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80–90%, gündüz isə 65–70% təşkil edəcək.

Regionlarda bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar gözlənilir. Ayrı-ayrı ərazilərdə qarın intensivləşməsi mümkündür. Gecə və səhər saatlarında duman ehtimalı var. Qərb küləyi bəzi yerlərdə güclənə bilər.

Havanın temperaturu gecə 7–11°, gündüz 17–22° isti, dağlıq ərazilərdə isə gecə 4–8°, gündüz 8–13° isti olacaq.

DenMedia.az