Geri qayıt Çap et

İsmayıllıda zəlzələ oldu

İsmayıllıda 3.2 bal gücündə zəlzələ olub.

“Denmedia.az” xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələ yerli vaxtla 17:54-də, İsmayıllı stansiyasından 17 km şimal-qərbdə, İsmayıllı rayonunda qeydə alınıb. Yeraltı təkanlar hiss olunmayıb.