Geri qayıt Çap et

Saat 13:00-da qaz kəsiləcək - Bu ərazilərdə

Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində 2500 abonentin qaz təchizatında fasilə yaranacaq.

Denmedia.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb

Fevralın 10-da qəsəbənin Gecəqondu ərazisində yerləşən d159 mm-lik yeraltı qaz xəttində aşkar olunan sızmaların aradan qaldırılması məqsədilə saat 13:00-dan etibarən təmir-bərpa işləri aparılacaq.

İşlərin davam etdiyi müddətdə ərazidəki 2500 abonentin qaz təchizatı dayandırılacaq. Qazın verilişi işlər başa çatdıqdan sonra bərpa ediləcək.