Geri qayıt Çap et

Qanunsuz silahlar müsadirə edildi: 7 avtomat və 17 tüfəng

Daxili İşlər Nazirliyinin əməkdaşları qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirir.

Bu barədə DenMedia.az -a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, fevralın 6-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 7 avtomat silahı, 17 tüfəng, 5 patron darağı və 504 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.