Bu gün Daxili İşlər Nazirliyində 2025-ci ildə cinayətkarlığa qarşı mübarizə və ictimai təhlükəsizliyin təmin olunmasına dair geniş Kollegiya iclası keçirilib.
DenMedia.az xəbər verir ki, kollegiyada Azərbaycanda ötən il həbs edilən cinayətkarların sayı açıqlanıb.
Bildirilib ki, ötən il ağır və xüsusilə ağır cinayətlər törətmiş 1.033 nəfər tutulub, 214 kriminal qrup zərərsizləşdirilib.
Qrup halında baş verən cinayətlər 8,9, odlu silahın tətbiqi ilə törədilənlər 44,1, ailə münaqişəsi zəminli cinayətlər 3,1, əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilənlər 17,5 faiz azalıb.