Geri qayıt Çap et

Saat 14:00-da qaz kəsiləcək - Bu ərazilərdə

"Biləsuvar" Qazpaylayıcı Stansiyasından qidalanan yeraltı qaz xəttində aşkar edilmiş qaz sızmasının aradan qaldırılması məqsədilə saat 14:00-dan başlayaraq təmir işləri aparılacaq.

Denmedia.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat məlumat yayıb.

Bildirilib ki, təmir işləri başa çatana qədər Xırmandalı kəndində 1030 abonentə verilən təbii qaz təchizatı müvəqqəti dayandırılacaq.

Qaz təchizatı təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək.