Geri qayıt Çap et

Soyuq hava dalğası gəlir- XƏBƏRDARLIQ

Azərbaycanda yanvarın 17-si gündüzdən ikinci soyuq hava dalğası keçəcək.

Denmedia.az  xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb

Hava dalğası yanvarın 15-i axşamdan başlayacaq.

Yanvarın 16-si isə qısa fasilə gözlənilir.

Sözügedən dövrdə hava şəraiti yenidən yağıntılı olacaq, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacaq. Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur. Bəzi ərazilərdə şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Bu müddət ərzində Bakıda və Abşeron yarımadasında da yağıntıların sulu qara keçəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə enərək, minimal temperatur Bakıda və Abşeron yarımadasında 0-2 dərəcə isti, dağətəyi rayonlarda 3 dərəcəyədək, dağlıq rayonlarda 5-10 dərəcə, yüksək dağlıq ərazilərdə isə 15-20 dərəcə şaxta olacaq.

Bakının rayonlarında, xüsusən də, dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Əlverişsiz hava şəraitinin yanvarın 22-dək davam edəcəyi gözlənilir.