Geri qayıt Çap et

Saat 15:00-da qaz kəsiləcək - Bu ərazilərdə

Sumqayıt şəhərində 700 abonentin qaz təchizatında fasilə olacaq.

Denmedia.az  xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.

Bu gün şəhərin 52-ci məhəlləsində diametri 108 mm və 76 mm olan qaz xətlərində aşkar edilmiş sızmaların aradan qaldırılması məqsədilə təmir-bərpa işləri aparılacaq.

Bu səbəbdən, həmin ərazidə 700 abonentin qaz təchizatı saat 15:00-dan etibarən müvəqqəti dayandırılacaq.

Qaz təchizatı işlər başa çatdıqdan sonra mərhələli şəkildə bərpa ediləcək.