Geri qayıt Çap et

"Bağça Şəhər" rəhbərliyindən özbaşınalıq: Komendant ev sahibindən artıq pul almaq üçün işığı kəsdi-ŞİKAYƏT

Sumqayıt şəhərində yaşayan vətəndaş Mehralıyev Fərhad Həsən oğlunun İpoteka və Kredit Zəmanət Fondu vasitəsilə əldə etdiyi kirayə mənzilində ciddi və narahatedici problem yaranıb. Söhbət yaşayış kompleksinin komendantlığının qanunsuz tələblərindən və vətəndaşa qarşı tətbiq edilən təzyiq üsullarından gedir.
Denmedia.az-a müraciət edən vətəndaşın sözlərinə görə, şəhərin Sülh prospektində 76-cı məhəllə ərazisində yerləşən Bağça Şəhər yaşayış kompleksində komendant onlara qarşı qanunsuz tələb irəli sürüb.
Vətəndaş bildirib ki, rəsmi sənədlərdə onun kirayə götürdüyü mənzilin sahəsi cəmi 81 kvadrat metr olaraq göstərilir. O,məhz bu sahəyə uyğun olaraq aylıq kirayə haqqını vaxtında və tam şəkildə ödəyir. Bu məsələdə heç bir borc və ya öhdəlik pozuntusu yoxdur. Lakin buna baxmayaraq, yaşayış kompleksinin komendantı və MTK rəhbərliyi vətəndaşdan 99 kvadrat metr sahəyə görə aylıq əlavə kommunal haqqı tələb edir.
Daha da narahatedici məqam ondan ibarətdir ki, komendantlıq bu tələbi “məsləhət” və ya izah yolu ilə deyil, təzyiq və cəza üsulları ilə həyata keçirməyə çalışır. Belə ki, vətəndaşın sözlərinə görə, ondan tələb olunan əlavə kovadratın kommunal haqqı məbləğin ödənilmədi üçün mənzilin elektrik enerjisi kəsilib. Bu isə artıq təkcə etik yox, həm də qanun pozuntusu hesab edilə bilər. Mövcud məsələ ilə bağlı Sumqayıt şəhərinin Sülh prospektində yerləşən Bağçalı Evlər Yaşayış Kompleksinin satış ofisinə yaxınlaşdıq. Lakin  sözügedən ofisdə kimisə tapa bilmədik. Mobil əlaqə nömsəinə isə ümumiyyətlə zəng çatmadı.
Əldə etdiyimiz məlumata görə, MTK-nın komendantlığından şikayətlə bağlı vətəndaşla əlaqə saxlanılıb, görüş üçün ofisə dəvət olunub. Anlaşılmazlıq aradan qaldırılacaq deyə vətəndaşa məlumat verilib.
Qeyd edək ki, "Bağça Şəhər" yaşayış kompleksində ilk dəfə deyil belə hal yaşanır.
Ellada Rəsul
Denmedia.az