Geri qayıt Çap et

Saat 11:00-da qaz kəsiləcək - Bu ərazilərdə

Bu gün Corat qəsəbəsində 700 abonentin qaz təchizatında fasilə olacaq.

Denmedia.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Sumqayıt şəhəri, Corat bağlarının bir hissəsində yerləşən 76 mm-lik qaz xəttində aşkar edilmiş sızmaların aradan qaldırılması məqsədilə ərazidə qaz təchizatı bu gün saat 11:00-dan etibarən müvəqqəti dayandırılacaq.

Təmir-bərpa işləri başa çatdıqdan sonra qazın verilişi bərpa ediləcək.