Geri qayıt Çap et

Sabah 10:30-da işıq kəsiləcək - Bu ərazilərdə

Sabah Naxçıvan Muxtar Respublikası (MR) Şərur rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr olacaq.

Denmedia.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

35/10 kilovoltluq "Xanlıqlar" yarımstansiyasından qidalanan 10 kilovoltluq "Tənənəm" hava elektrik verilişi xəttində payız-qış mövsümü ilə əlaqədar təmir işləri aparılacaq.

Bu səbəbdən oktyabrın 9-da saat 10:30-dan 12:30-dək Aşağı Daşarx ,Xətai,Oğuz, Yeni Havuş, kəndinin bəzi yerlərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.