Geri qayıt Çap et

Sabah 10:00-da işıq kəsiləcək - Bu ərazilərdə

Sabah Naxçıvan Muxtar Respublikası (MR) Sədərək rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyətlər olacaq.

Denmedia.az xəbər verir ki, bu barədə “Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, payız-qış mövsümünə hazırlıq çərçivəsində 35/10 kilovoltluq "Sədərək" yarımstansiyasından qidalanan 10 kilovoltluq "Qəsəbə" hava elektrik verilişi xəttində təmir işləri aparılacaq.

Bununla əlaqədar oktyabrın 4-də saat 10:00-dan 13:00-dək Sədərək rayonunun Heydərabad qəsəbəsində və Qaraağac kəndinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr olacaq.