Geri qayıt Çap et

Saat 08:00-da bu yol bağlanacaq

Bakının Yasamal rayonunun bir hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Denmedia.az xəbər verir ki, Sabah saat 08:00-dan 14 sentyabr 22:00-dək Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsinin A.A.Bakıxanov küçəsindən B.Bağırov küçəsinədək olan hissəsində təmir işləri aparılacaqdır.

Bu səbəbdən qeyd olunan müddətdə sözügedən yol sahəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaqdır.