Geri qayıt Çap et

Hikmət Hacıyev Türkiyə səfiri ilə müzakirə apardı

Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

Denmedia.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib.

Qeyd olunub ki, görüş zamanı Azərbaycan -Ermənistan sülh prosesi ilə bağlı cari məsələlər, o cümlədən Türkiyə və Azərbaycan üçün ümumi maraq kəsb edən regional inkişaflar ətraflı müzakirə edilib.
7805eed7 94f5 3ae1 be1a 203b3a31b2ca 850