Geri qayıt Çap et

5 mindən çox abonentin qazı KƏSİLƏCƏK

Sumqayıtda Saray körpüsünün ətrafının genişləndirilməsi ilə əlaqədar sabah təqribən 5 min abonentə təbii qazın verilişində fasilə yaranacaq.
Denmedia.az  xəbər verir ki, bu barədə “Azəriqaz” İB Sumqayıt QİS məlumat yayıb.
Qeyd olunub ki, avqustun 14-ü saat 10:00-dan etibarən, “Saray bağları” massivi, “Qurd dərəsi” və 52-ci məhəllə ərazilərində yaşayan 5 minə yaxın abonentin qaz təchizatı dayandırılacaq.
Məhdudiyyət işlər yekunlaşana qədər davam edəcək.