Geri qayıt Çap et

“44” böyük ekrana gəlir: Premyera tarixi bəlli oldu - FOTO

Azərbaycanda “44” bədii filminin premyerasının tarixi açıqlanıb.

Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov bildirib ki, filmin premyerası oktyabrın 1-də Heydər Əliyev Mərkəzində keçiriləcək.

Premyeradan sonra ekran işi ölkə kinoteatrlarında nümayiş olunacaq.

Filmin təqdimatı ərəfəsində 12 tizer hazırlanıb. Onlardan birincisinin artıq sabah yayımlanacağı bildirilib.

Denmedia.az