Geri qayıt Çap et

Kann-2026 başa çatdı: Qızıl palma budağı “Fyord” filminə verildi - FOTO

Fransada 79-cu Kann Kino Festivalı başa çatıb. Rejissor Pak Çhan-Ukun rəhbərlik etdiyi münsiflər heyəti baş mükafatı — “Qızıl palma budağı”nı rumıniyalı Kristian Munciunun “Fyord” dramına verib.

Qran-pri Andrey Zvyagintsevin “Minotavr” filminə təqdim olunub. Bu, rejissorun doqquz ildən sonra çəkdiyi ilk filmdir.

Kann-2026nın əsas qaliblərinin siyahısı belədir:

• Qızıl palma budağı
“Fyord” — rejissor Kristian Munciu

• Qran-pri
“Minotavr” — rejissor Andrey Zvyagintsev

• Ən yaxşı rejissura mükafatı
Xavyer Kalvo, Xavyer Ambrossi — “Qara şar”
Pavel Pavlikovski — “Vətən”

• Ən yaxşı kişi roluna görə Gümüş palma budağı
Emmanuel Makkia, Valentin Kampan — “Qorxaq”

• Ən yaxşı qadın roluna görə Gümüş palma budağı
Virjini Efira, Tao Okamoto — “Qəfil”

• Ən yaxşı ssenari mükafatı
Emmanuel Marre — “Bizim xilasımız”


• Münsiflər mükafatı
“Xəyali macəra” — rejissor Valeska Qrizebax

• “Qızıl kamera” Ən yaxşı debüt
“Ben'Imana” — rejissor Mari-Klementin Dusabejambo

• “Xüsusi baxış” bölməsində Qran-pri
“Hər dəfə” — rejissor Sandra Vollner

• FIPRESCI mükafatı Beynəlxalq kino tənqidçiləri federasiyası
“Fyord” — əsas müsabiqə
“Ben'Imana” — “Xüsusi baxış”

• Ən yaxşı saundtrek mükafatı
Saşa və Yevgeni Qalperinlər — “Minotavr”
Alberto İqlesias — “Acı Milad”

• Fəxri Qızıl palma budağı
Piter Cekson
Barbra Streyzand
Con Travolta

DenMedia.az