Geri qayıt Çap et

“AnewZ” “Xaçın kölgəsi” adlı yeni sənədli film yayımladı - VİDEO

“AnewZ” telekanalı “YouTube”da “Shadow of the Cross” adlı yeni araşdırma filmini yayımlayıb.

Film Beynəlxalq Qızıl Xaç Komitəsinin və milli Qızıl Xaç cəmiyyətlərinin münaqişələrdəki rolunu araşdırır və əsas sualı ortaya qoyur: xaç emblemi həbsxanaların və müharibə zonalarının qapılarını açdığı zaman, bu etimaddan zərərli məqsədlərlə istifadə olunmayacağına kim zəmanət verir?

Filmin əsas mövzuları bunlardır:

• Qızıl Xaçın 1944-cü ildə nasistlərin Terezinştadt düşərgəsinə səfəri və təşkilatdan təbliğat məqsədilə istifadə olunması

• İkinci Dünya müharibəsi zamanı sovet hərbi əsirlərinin taleyi

• Qızıl Xaçın Qarabağ münaqişələrində fəaliyyəti və keçmiş əsirlərin ifadələri

• Təşkilatın Ukraynadakı fəaliyyəti və Çin Qızıl Xaç Cəmiyyətinə etimad böhranı

• Ebola epidemiyası zamanı humanitar yardımın bölüşdürülməsində dələduzluq qalmaqalları

Müəlliflər neytrallıq prinsipinin bəzən susqunluğa, humanitar dəhlizlərin isə siyasi alətə necə çevrildiyini təhlil edirlər.

DenMedia.az