Geri qayıt Çap et

"Avroviziya-2026" başladı

Avstriyanın paytaxtı Vyana şəhərində "Avroviziya-2026" mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb.

İlk yarımfinalda 15 ölkə təmsilçisi yer alacaq. Onlar Xorvatiya, Finlandiya, Gürcüstan, Yunanıstan, Portuqaliya, Moldova, İsveç, Belçika, Estoniya, İsrail, Litva, Monteneqro, Polşa, San-Marino, Serbiya

Yarışmada təmsilçimiz Jiva mayın 14-də ikinci yarımfinalda 2-ci nömrə altında səhnəyə çıxacaq. O, ölkəmizi "Just Go" mahnısı ilə təmsil edəcək.

Qeyd edək ki, böyük final isə mayın 16-da baş tutacaq.

DenMedia.az