Akif Islamzade Xalq artisti Akif İslamzadənin vəziyyəti stabil qiymətləndirilir.
DenMedia.az xəbər verir ki, bu barədə Oxu.az-a onun oğlu Ayxan İslamzadə məlumat verib.
Onun sözlərinə görə, sənətçi artıq müstəqil şəkildə ayağa qalxır və hərəkət edir.
Həkimlər müalicənin gedişatından razıdırlar. Atam artıq özü yeriyir. Böyük ehtimalla bu axşam və ya sabah evə buraxılacaq, — deyə Ayxan İslamzadə bildirib.
Qeyd edək ki, 77 yaşlı Akif İslamzadə infarkt keçirdikdən sonra xəstəxanaya yerləşdirilmişdi.
Hazırda o, Mərkəzi Gömrük Hospitalının kardiologiya şöbəsində müalicə alır.