Geri qayıt Çap et

Kinematoqrafçılar İttifaqının sədri postuna namizədlər BİLİNDİ

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri postuna namizədlər məlum olub.

DenMedia.az apa-ya istinadla xəbər verir ki, sədr postuna iki namizəd var - Xalq artisti Şəfiqə Məmmədova və rejissor Əli İsa Cabbarov.

Kinematoqrafçılar İttifaqından məsələ ilə bağlı APA-nın sorğusuna cavab olaraq bildirilib ki, sədrliyə namizədlər konfransa yaxın vaxtda mətbuata açıqlanacaq.

Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının qurultayı mayın 26-da keçiriləcək.

Xatırladaq ki, Şəfiqə Məmmədova hazırda ittifaq sədrinin səlahiyyətlərini icra edir, Əli İsa Cabbarov isə qurumun katibidir.