Geri qayıt Çap et

Zaur Rzayevin səhhəti ilə bağlı yeni açıqlama yayıldı

Xalq artisti Zaur Rzayevin oğlu Azər Rzazadə atasının səhhətindən danışıb.
DenMedia.az xəbər verir ki, o, “teleqraf.az” açıqlamasında Zaur Rzayevin müalicəsinin davam etdiyini açıqlayıb.
“Atamın müalicəsi davam edir. Səhhəti yaxşıdır”, - deyə A.Rzazadə deyib.
Qeyd edək ki, Zaur Rzayevin 73 yaşı var. O, Mərkəzi Gömrük Hospitalına yerləşdirilmişdi.